“Sabah” – “Beşiktaş” xeyriyyə matçının biletləri satışa çıxarılıb

Tokio, 6 may , /AJMEDIA/

Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında keçiriləcək yoldaşlıq oyununa bilet satışı başlayıb.
AJMEDIA Bakı təmsilçisinə istinadla xəbər verir ki, biletləri “Iticket” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.
Biletlərin qiyməti 5 – 300 manat təşkil edir.
“Sabah” – “Beşiktaş” yoldaşlıq oyunu mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç xeyriyyə xarakteri daşıyır. Belə ki, oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts