Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində növbəti görüşünü Maqnus Karlsenlə keçirəcək

Tokio, 28 aprel , /AJMEDIA/

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində növbəti görüşünü keçirəcək.
AJMEDIA xəbər verir ki, şahmatçımız yeddinci turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən turda niderlandlı Yorden Van Forest üzərində qələbə qazanıb. Bu, onun turnirdə ardıcıl ikinci qələbəsidir. Təmsilçimiz beşinci turda bu ölkənin digər şahmatçısı Aniş Giriyə qalib gəlib. Şəhriyar Məmmədyarov hazırda 8 xalla altıncı yerdə qərarlaşıb.
Xatırladaq ki, turnirin mükafat fondu 210 min ABŞ dolları təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts