Səfir: CAR Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır

Tokio, 19 avqust , /AJMEDIA/

Cənubi Afrika Respublikası (CAR) Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır.
AJMEDIA xəbər verir ki, bunu avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Duba söyləyib.
Dipuo Berta Letsatsi-Duba qeyd edib ki, ölkəsi Azərbaycana regionda və ümumilikdə strateji tərəfdaş kimi münasibət göstərir.
Diplomat, həmçinin Cənubi Afrika Respublikası-Azərbaycan münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts