Respublika fənn olimpiadalarına qeydiyyat yekunlaşıb: 45 minədək şagird müraciət edib

Tokio, 29 noyabr , /AJMEDIA/

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi başa çatıb.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 45 minə yaxın şagird qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinin “Ümumi məlumatlar” hissəsindən buraxılış vərəqələrini əldə edə bilərlər. Buraxılış vərəqələrinin əldə edilməsi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 vatsap nömrəsinə yazılı şəkildə müraciət etmək mümkündür.
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də əyani şəkildə əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir.
Respublika fənn olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts