Radiasiya Problemləri İnstitutunun iştirak etdiyi konsorsium “Horizon” proqramı üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olub

Tokio, 9 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Radiasiya Problemləri İnstitutunun iştirak etdiyi konsorsium “Horizon” proqramı üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olub
İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının alimlərinin hazırlayacağı yeni silisium əsaslı fotoelektron gücləndiricilərin tibbi qamma zondlarda tətbiqinin öyrənilməsi məqsədi ilə Avropa komissiyasının maliyələşdirdiyi HORIZON-MSCA-2022-SE-01 çağırışı üzrə təqdim edilən “Tibbi Qamma Zondu üçün Yeni Detektor Konsepsiyası” adlı layihə qalib elan olunmuşdur. Təqdim edilən layihə 6 iş paketi üzrə 48 ay müddətində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Layihə müddətində yeni fotodiodların hazırlanması-parametrlərinin təyin edilməsi, dəstəkləyici elektronika hissələrin hazırlanması-sınağı, detektor modulunun hazırlanması-sınağı nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi tibbi qamma zondları üçün kompakt ölçülü geniş enerji diapazonunda işləyən yeni detektor modullarının hazırlanması və onun parametrlərinə xarici təsirlərin öyrənilməsidir.
Layihənin adı: Novel detector concept for medical gamma probe (Grant Number No. 101129879) within the EU Horizon 2022 MSCA Staff Exchanges program HORIZON-MSCA-2022-SE-01

Layihədə iştirak edən qurumlar:
ETN – Radiasiya Problemləri İnstitutu, Azərbaycan (qrup rəhbəri – Fərid Əhmədov)
Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM), Azərbaycan
Cofac Cooperatıva De Formacao E Anımacao Cultural CRL, Portuqaliya
CASCATACHUVA LDA, Portuqaliya
Elektrik Mühəndisliyi Fakültəsi – Qərbi Bohemiya Universiteti, Çex Respublikası
UMEA – V.I.Vernadski adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutu, Ukrayna
Dortmund Texniki Universiteti, Almaniya
Elmék Mozgásban Alapítvány, Macarıstan
Josef Stefan İnstitutu, Sloveniya
Nanomaterialların Tədqiqatı & İnkişafı SP. Z.O.O, Polşa

Layihənin müddəti: 01.03.2024-28.02.2028

Layihənin büdcəsi: 1.660.000 EUR

Məlumat: Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının alimləri silisium əsaslı fotoelektron gücləndiricilərin hazırlanması və onların tətbiq sahəsində böyük təcrübəyə malikdirlər. Bu istiqamətdə son 10 ildə laboratoriya tərəfindən 70-dən çox elmi iş dərc edilmiş, 6 patent alınmış və 10-dan çox qrant (yerli və beynəlxalq) layihəsini yerinə yetirmişdir. Bununla yanaş bu laboratoriya hazırda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birlikdə Avropa komissiyasının maliyələşdiridiyi HORIZON-MSCA-2021-SE-01 çağırışı üzrə Nüvə Təbabəti üçün Qabaqcıl Hibrid “Maqnit Rezonans/Pozitron Emissiya Tomoqrafiyası” Skanerləri üçün İnnovativ Fotodetektor Modulu (Innovative Photodetector Module for advanced Hybrid “Magnetic Resonance Imaging/Positron Emission Tomography” Scanners for Nuclear Medicine (Grant Number No. 101086178) within the EU Horizon 2021 MSCA Staff Exchanges program HORIZON-MSCA-2021-SE-01) adlı layihəni uğurla yerinə yetirir (icra müddəti: 2023-2027, büdcəsi: 1.458.200 EUR).
Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyası hazırda fotodiodların hazırlanması və tətbiqi istiqaməti üzrə Türkiyənin, Çex Respublikasının, Portuqaliyanın, Almaniyanın, Macarıstanın, Polşanın, Kanadanın, Ukraynanın və Rusiyanın elmi qurumları ilə sıx əməkdaşlıq aparır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts