Rəsədxanada növbəti astroseminar

Tokio, 3 iyun , /AJMEDIA/

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti onlayn astroseminar keçirilib.
Rəsədxanadan AJMEDIA-ya bildirilib ki, seminarda Nəzəri astrofizika və kosmologiya şöbəsinin müdiri vəzifəsini icra edən dosent Məhəmməd Nurməmmədov “BQL və onun Yupiter diskində hərəkət dinamikasının yeni riyazi yanaşma ilə təhlili” mövzusunda məruzə ilə çıxış edib.
Təqdim olunan işdə ciddi riyazi əsaslandırma ilə Yupiterdə böyük qırmızı ləkə və onun planetdə fırlanma hərəkəti dinamikasının uzun müddətli dayanıqlığı tədqiq olunub.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts