Rəsədxana əməkdaşları “Horizon 2020” proqramı çərçivəsində keçirilən videokonfransda iştirak ediblər

Tokio, 11 dekabr, /AJMEDIA/

Avropa İttifaqının “Horizon 2020” proqramı tərəfindən maliyyələşdirilən Mariya Skladovskaya-Küri layihəsi çərçivəsində 11 ölkədən olan astronomların iştirakı ilə videokonfrans keçirilib.

AJMEDIA xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri dosent Canməmməd Rüstəmov (qrant layihəsinin yerli əlaqələndiricisi) və əməkdaşlar Aynur Abdulkərimova, Günay Hacıyeva, Səbinə Məmmədova, Aynurə Həsənova iştirak ediblər.

Konfransda massiv ulduzların spektral və fotometrik müşahidələrdən aşkar edilmiş xüsusiyyətləri, bu ulduzların sintetik spektrlərinin qurulması və qurulmuş modelləri barədə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts