Qurban Qurbanov: Qalibiyyət hər bir halda üstünlükdür

Tokio, 11 avqust , /AJMEDIA/

Çox gərgin oyun keçdi, buna baxmayaraq, biz qalib gəldik.
AJMEDIA xəbər verir ki, bu sözləri baş məşqçi Qurban Qurbanov “Qarabağ”-HİK qarşılaşmasından sonra keçirilən mətbuat konfransında deyib.
“Çox güclü rəqibə qarşı oynayırdıq. Doğrudur, daha yaxşı nəticə əldə etməyi istərdik. Amma bu da bizi qane etdi. Yüz faizlik şanslarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. Düşünürəm ki, cavab oyununda daha yaxşı nəticə göstərərik” – deyə, baş məşqçi qeyd edib.
Qurban Qurbanov vurğulayıb ki, qalibiyyət hər bir halda üstünlükdür

Follow us on social

Facebook Twitter Youtube

Related Posts