“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya ədalətli oyunlar diplomuna layiq görülüb

Tokio, 24 may , /AJMEDIA/

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CIFP) Şurası tərəfindən yüksək mükafata –“Jean Borotra – Karyera” kateqoriyasında dünya ədalətli oyunlar diplomuna layiq görülüb.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından (AİJA) AJMEDIA-ya bildiriblər ki, Ağdam təmsilçisinin baş məşqçisi 2022-ci ildə idman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərin tanınmasına görə təltif olunacaq.
Eyni zamanda CIFP-in prezidenti Jenö Kamuti AİJA vasitəsilə baş məşqçiyə məktub göndərib. Mütəxəssis mükafatların təqdimetmə mərasiminə dəvət olunub və gələcək karyerasında uğurlar arzulanıb.
Qurban Qurbanov bu mükafata 2022-ci il fevralın 24-də UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ” – “Marsel” oyunundakı ədalətli jestinə görə layiq görülüb.
Xatırladaq ki, ötən il mütəxəssisə CIFP tərəfindən Pyer De Kuberten mükafatı verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts