“Qarabağ”ı tərk edəcək ilk futbolçu bəlli olub

Tokio, 31 may , /AJMEDIA/

Mövsümlərarası fasilədə “Qarabağ” klubunu tərk edəcək ilk futbolçu bəlli olub.
AJMEDIA xəbər verir ki, Filip Ozobiçin Ağdam klubunu tərk edəcəyi dəqiqləşib.
Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev Xorvatiya əsilli yarımmüdafiəçi ilə birgə şəklini paylaşaraq, ona uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Filip Ozobiç “Qarabağ”a 2018-ci ildə “Qəbələ”dən keçmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts