“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu olub

Tokio, 31 may , /AJMEDIA/

“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb.
AJMEDIA Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın XXXVI turunda “Ankaragücü” üzərində səfər qələbəsi (4:1) qazanaraq, 2022/2023 mövsümünün qızıl medallarını təmin edib. Xallarının sayını 82-yə yüksəldən “cim-bom” ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal qabaqlayır. “Bülbüllər” son matçda qalib gəlsə belə, liderə çata bilməyəcək.
Bununla “Qalatasaray” həm də 4 illik çempionluq həsrətinə son qoyub. “Aslan” axırıncı dəfə 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı.
“Qalatasaray” cari mövsümün son oyununu iyunun 4-də öz meydanında məhz “Fənərbağça”ya qarşı keçirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts