“Qəbələ”nin “Olimpiakos”la oyunlarının vaxtı və məkanı açıqlanıb

Tokio, 30 oktyabr , /AJMEDIA/

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.

AJMEDIA xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. Matç “Olimpiakos” Məşq Mərkəzində baş tutacaq. Yunanıstandakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Qeyd edək ki, “Qəbələ” ilk mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts