Prezident İlham Əliyev Azərbaycan dilini öyrəndiyinə görə Böyük Britaniya səfirinə təşəkkürünü bildirib

Tokio, 10 oktyabr , /AJMEDIA/

Azərbaycan dilini öyrəndiyinizə görə sizə təşəkkür edirəm. Bizim artıq görüşmək imkanımız olub və mən gördüm ki, siz, demək olar, Azərbaycan dilində səlis danışırsınız. Bu, olduqca gözlənilməz oldu, ancaq, eyni zamanda, bu, sizin bizim mədəniyyətimizə və dilimizə ehtiramınızı nümayiş etdirir.
AJMEDIA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı deyib ki, bu, Fergus Auldun yeni vəzifəyə təyin olunması ilə əlaqədar nümayiş etdirdiyi yüksək məsuliyyətin daha bir göstəricisidir.
“Əminəm ki, ölkəmizdə olduğunuz müddətdə siz Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəksiniz və əməkdaşlığımızın gələcək inkişafına əhəmiyyətli töhfə verəcəksiniz, o cümlədən bizim ənənəvi əməkdaşlıq sahələrinə daxil olmayan, potensial tərəfdaşlığın yeni sahələrində”, – deyə Azərbaycan Prezidenti bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts