Premyer Liqanın növbəti turu Krunoslav Renduliçin debütü ilə əlamətdar olub

Tokio, 11 mart , /AJMEDIA/

Azərbaycan Premyer Liqasının XXVI turu Krunoslav Renduliçin Azərbaycan çempionatlarında debütü ilə əlamətdar olub.

AJMEDIA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis “Sabah”ı “Qəbələ” ilə ev matçına çıxarıb. Onun yetirmələri bu oyunda 2:1 hesablı qələbə qazanıblar.

Renduliç Azərbaycan çempionatları tarixinə 63-cü legioner baş məşqçi kimi düşüb. “Bank Respublika Arena”da keçirilən görüşə qədər 62 əcnəbi mütəxəssis baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını Premyer Liqa matçına çıxarıb.

Renduliç ölkə çempionatının tarixində 3-cü xorvatiyalı baş məşqçidir. Ona qədər Stepan Çordaş “Şüvəlan”da, Jelko Sopiç “Sabah”da çalışıb. Bakı klubunun 4-cü legioner baş məşqçisi olan Renduliç və digər xorvatiyalı Jelko Sopiçdən başqa, komandaya Visente Qomeslə Murad Musayev də rəhbərlik edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts