Pol Poqba dörd illik futboldan uzaqlaşdırılıb

Tokio, 29 fevral , /AJMEDIA/

Milli Antidopinq Tribunalı (NADO Italia) Fransa millisinin və “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanı cəzalandırıb.

AJMEDIA xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı oyunçu 4 il müddətinə futboldan diskvalifikasiya edilib.Buna futbolçunun antidopinq qaydalarını pozmağı səbəb olub. Belə ki, Poqba A Seriyasının birinci turunda “Udineze” ilə matçdan sonra dopinq testi verib və orqanizmindəki testosteronun həddən artıq yüksək olduğu üzə çıxıb.

Digər bir iddiaya görə, “Yuventus” rəhbərliyi fransalı futbolçu ilə müqaviləni pozmağı düşünür. Onun Turin təmsilçisi ilə sözləşməsi 2026-cı ildə başa çatır.

Qeyd edək ki, Pol Poqba Fransa yığmasının heyətində 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatının qalibi olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts