Peşəkar mühasib sertifikatı imtahanlarına qeydiyyat davam edir

Tokio, 24 avqust , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçirəcək.
DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq. İmtahanın birinci mərhələsi (mühasibat uçotu üzrə) sentyabrın 25-də, ikinci mərhələsi (qanunvericilik üzrə) oktyabrın 9-da təşkil ediləcək. Birinci mərhələyə qeydiyyat DİM-in rəsmi internet səhifəsi üzərindən sentyabrın 15-dək davam edəcək. Bu mərhələ üzrə imtahan vermək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.
İkinci mərhələyə qeydiyyat sentyabrın 29-dək aparılacaq. Bu mərhələ (qanunvericilik) üzrə imtahan vermək istəyən namizədlər isə aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.
İmtahan ödənişlidir və hər mərhələ üzrə iştirak haqqı 50 manat təşkil edir.
İmtahanın hər mərhələsi 3 saat davam edir.
Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. Hər mərhələ üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. Birinci mərhələ üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İkinci mərhələ üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.
Hər sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə DİM-in rəsmi internet saytını müntəzəm izləmək tövsiyə edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts