Peşəkar mühasib sertifikatı almaq üçün imtahanın II mərhələsi keçirilir

Tokio, 29 may , /AJMEDIA/

Mayın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçirilir.
Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib. İmtahanda 522 nəfərin iştirak edəcəyi gözlənilir.
İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.
Namizəd imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidir:
– şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
– imtahana buraxılış vərəqəsi.
Üç saat davam edəcək imtahanda namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 48 nəzarətçi müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts