“Paris-2024” Yay Olimpiya Oyunlarının məşəl estafetində iştirak üçün qeydiyyata start verilir

Tokio, 30 may , /AJMEDIA/

“Paris-2024” Yay Olimpiya Oyunlarının məşəli estafetində iştirak etmək istəyənlər üçün iyunun 1-də qeydiyyat prosesi başlayacaq.
AJMEDIA xəbər verir ki, təşkilatçılar Olimpiya Oyunları üçün 10 min, Paralimpiya Oyunları üçün isə min məşəlçi axtarır.
Bildirilib ki, Olimpiya Oyunlarının məşəl estafetində 7 min fərdi, 3 min isə kollektiv məşəlçinin iştirakı nəzərdə tutulub. Onlar 2024-cü ilin aprelindən Fransanın bütün bölgələrində olacaqlar.
Təşkilatçıların namizədlərdən tələbi onların 2023-cü ildə ən azı 15 yaşı olmasıdır. Seçimin yalnız atletika performansına əsaslanmayacağı qeyd edilib. Münsiflər heyəti namizədlərin ətraf mühitin müdafiəsi və ya sosial yardım kimi dəyərlərinə diqqət yetirəcək. Təşkilatçılar, həmçinin gender bərabərliyi, etnik müxtəliflik, anonim və tanınmış şəxslərin estafetə qoşulması kimi hallara riayət edəcəklərini bildiriblər.
Məşəl estafetinin marşrutu iyunun 23-də bəlli olacaq və hər kəsin bu estafetə müraciət etmək hüququ var. Ancaq Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nizamnaməsində nəzərdə tutulduğu kimi, vəzifəli şəxslər, eləcə də din xadimləri müraciət edə bilməzlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts