Övladının digər dillərdə təhsil almasını istəyən valideynlərin nəzərinə

Tokio, 6 may , /AJMEDIA/

Mayın 6-dan dövlət ümumi təhsil müəssisələrinin digər dillərdə tədris aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start verilir.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq.
Müsahibələrin mayın 10-31-də ənənəvi formatda həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə iyunun 11-18-də təşkil ediləcək.
Qeyd edək ki, mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts