“Olimpiakos” və “Real Madrid” Avroliqanın finalında

Tokio, 20 may , /AJMEDIA/

Basketbol üzrə Avroliqanın finalçıları bəlli olub.
AJMEDIA xəbər verir ki, turnirin yarımfinal mərhələsində Yunanıstanın “Olimpiakos” komandası “Monako”ya 76:62, İspaniyanın “Real Madrid” klubu “Barselona”ya 78:66 hesabı ilə qalib gəlib.
“Olimpiakos” – “Real Madrid” final matçı mayın 21-də Litvanın Kaunas şəhərindəki “Jalgiris Arena”da keçiriləcək. “Monako” və “Barselona” komandaları arasında qarşılaşma da həmin gün oynanılacaq.
Avroliqanın son qalibi Türkiyənin “Anadolu Efes” klubudur. “Olimpiakos” sonuncu dəfə 2013-cü, “Real Madrid” isə 2018-ci ildə turnirin qalibi olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts