“Nike” bir sıra məşhur tennisçi ilə əməkdaşlığı dayandırıb

Tokio, 5 yanvar , /AJMEDIA/

İdman brendi “Nike” bir sıra məşhur tennisçi ilə əməkdaşlığı dayandırıb.
AJMEDIA xəbər verir ki, bu barədə “Relevant Tennis” məlumat yayıb.
Məşhur şirkət ABŞ idmançısı Sloane Stevens (WTA reytinqində 37-ci), xorvat Donna Vekiç (67-ci), çex Marketa Vondrouşova (92-ci), ukraynalı Marta Kostyuk (69-cu) və rusiyalı Andrey Rublev (ATP reytinqində 8-ci) ilə əməkdaşlığa son qoyub.
Bildirilib ki, əməkdaşlıq üçün bundan sonra dünya reytinqinin nəticəsi və turnirlərdəki uğurla performans nəzərə alınacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts