“Neftçi” klubu serbiyalı müdafiəçisi ilə yollarını ayırıb

Tokio, 10 iyul , /AJMEDIA/

Bakının “Neftçi” klubu futbolçusu Voislav Stankoviçlə yollarını ayırıb.
AJMEDIA kluba istinadla xəbər verir ki, serbiyalı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, 36 yaşlı oyunçu 2019-cu ilin yayından Bakı klubunun formasını geyinirdi. O, Azərbaycanda “İnter” (hazırkı “Şamaxı”) və “Qəbələ” komandalarında da çıxış edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts