“Neftçi” klubu macarıstanlı müdafiəçi ilə müqavilə imzalayıb

Tokio, 23 iyul , /AJMEDIA/

Bakının “Neftçi” klubu daha bir transferini gerçəkləşdirib.
AJMEDIA kluba istinadla xəbər verir ki, macarıstanlı futbolçu Mark Tamaşla ikiillik müqavilə bağlanıb.
İyirmi doqquz yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.
Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts