“Neftçi” iki amerikalı basketbolçu transfer edib

Tokio, 31 yanvar , /AJMEDIA/

“Neftçi” basketbol klubu heyətini iki yeni oyunçu ilə gücləndirib.

Klubdan AJMEDIA-ya verilən məlumata görə, “ağ-qaralar” ABŞ-dan olan Uilis Alfonso Ninfas və Styuvat De Ancelo Uilyamı transfer edib.

Ninfas son olaraq Xorvatiyanın “Omis”, Uilyam isə Yunanıstanın “Meqaridas” klubunda çıxış edib.

Qeyd edək ki, “Neftçi” hazırda turnir cədvəlində 20 xalla 4-cü pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts