Nazir Mövlud Çavuşoğlu: Erməni diasporu Ermənistanla normallaşmanı dəstəkləmir

Tokio, 14 aprel , /AJMEDIA/

Qarabağ Zəfəri çərçivəsində Azərbaycanı dəstəklədiyimiz üçün Türkiyəyə qarşı ədalətsizliklər olub. Müdafiə sənayesi sahəsində istehsalata və ixracata qarşı tətbiq olunun sanksiyalar aradan qaldırılmalıdır.

AJMEDIA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalının yayımladığı xüsusi buraxılışda canlı yayımda ifadə edib.

Hazırda Ermənistanla aparılan normallaşma prosesinə dair vəziyyət barədə ətraflı məlumat verən nazir Mövlud Çavuşoğlu Azərbaycan və Türkiyənin qarşılıqlı məsləhətləşmə çərçivəsində addımlar atdığını vurğulayıb. O, bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdıraraq deyib ki, erməni diasporu Ermənistanla normallaşmanı dəstəkləmir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts