Nazir: Azərbaycan-Rusiya iqtisadi əlaqələri artan xətlə inkişaf edir

Tokio, 7 mart , /AJMEDIA/

Azərbaycan-Rusiya iqtisadi əlaqələri artan xətlə inkişaf edir. Ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 17 faiz artıb. Digər sahələrdə olduğu kimi turizm və qarşılıqlı investisiyalar sahəsində də artımı qeydə alınıb. Ölkələrimiz arasında artan iqtisadi-ticarət dövriyyəsi ilə bərabər, aviareys, turist sayında da artım müşahidə olunur.

AJMEDIA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ilə birgə keçirdiyi konfransdan sonra jurnalistlərə açıqlaması zamanı deyib.

Nazir qeyd edib ki, qarşıda duran vəzifələr müəyyən edilərək sahibkarların daha sıx əlaqələr qurması üçün konstruktiv dialoq aparılıb.

“Biz inanırıq ki, həmkarımın səfəri gələcək iqtisadi əlaqələri daha da genişləndirəcək və çox faydalı töhfə olacaq”, – deyə M.Cabbarov əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts