Naomi Osaka bu ilin ən çox gəlir əldə edən qadın idmançısıdır

Tokio, 26 dekabr , /AJMEDIA/

Yaponiyalı tennisçi Naomi Osaka bu ilin ən çox gəlir əldə edən qadın idmançısı olub.
AJMEDIA xəbər verir ki, nüfuzlu “Forbes” nəşrinin hesablamasına görə, yaponiyalı raketka ustası cari ildə 51,1 milyon dollar gəlir əldə edib. O, bu gəlirin yalnız 1,1 milyonunu yarışlardan qazanıb.
İkinci pillədə də tennisçi – Serena Uilyams qərarlaşıb. O, 41,3 milyon dollar gəlir əldə edib. ABŞ idmançısı Eylin Qu isə 20,1 milyon dollar qazancla üçüncü yerdə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts