Millimiz ilk dəfə EUROBASKET-in seçmə mərhələ oyunlarında iştirak edəcək

Tokio, 20 iyul , /AJMEDIA/

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə keçiriləcək Avropa çempionatının (EUROBASKET) seçmə mərhələ oyunlarında iştirak edəcək.
AJMEDIA Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, bu, ölkəmizin qadın basketbolu tarixində ilkdir.
Yığmamız Beynəlxalq Basketbol Federasiyasının (FIBA) bayrağı altında təşkil olunacaq qitə birinciliyinin seçmə mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin baş tutacağı ölkələrin adları hələlik məlum deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts