Milli Məclis komitələrinin birgə iclasında dövlət büdcəsi müzakirə olunur

Tokio, 11 noyabr , /AJMEDIA/

Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilir.
AJMEDIA xəbər verir ki, iclasın gündəliyində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
İclasda Maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, ombudsman Səbinə Əliyeva, Xarici İşlər Nazirliyinin maliyyə şöbəsinin müdiri Nərgiz Səfərova və digər rəsmi şəxslər iştirak edirlər.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Qanun layihəsində 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts