“Milan” Kristian Pulişiçi transfer edib

Tokio, 8 iyul , /AJMEDIA/

İtaliyanın “Milan” klubu İngiltərənin “Çelsi” klubunun hücumçusu Kristian Pulişiçi transfer edib.
AJMEDIA İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan”, “Çelsi” və futbolçunun agenti arasında Kristian Pulişiçlə bağlı danışıqlar olub və görüşdə dördillik müqavilə imzalanıb.
ABŞ futbolçusunun “Milan”a keçidi 22 milyon avroya başa gəlib.
Mənbənin bildirdiyinə görə, “rossoneri” bu transferdə uzun müddətdir israrlı idilər.
İyirmi dörd yaşlı futbolçu 2019-cu ildə Almaniyanın “Borussiya Dortmunt” klubundan “Çelsi”yə keçib. Dörd mövsüm ərzində 98 oyunda meydana çıxıb. İyirmi dəfə fərqlənən futbolçu doqquz məhsuldar ötürmə ilə də yadda qalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts