Media Təhlil Mərkəzi tələbələr üçün master-klass elan edib

Tokio, 14 noyabr , /AJMEDIA/

Media Təhlil Mərkəzi (MTM) Jurnalistika fakültəsinin tələbələri üçün 3 günlük master-klass elan edir.
Mərkəzdən AJMEDIA-ya bildirilib ki, “Ənənəvi və rəqəmsal jurnalistikanın əsasları” master-klassında yüksəkixtisaslı mentorlar təcrübələrini bölüşəcək.
Master-klassın sonunda yüksək nəticə göstərən iştirakçılara sertifikat təqdim ediləcək.
Maraqlananlar noyabrın 25-i saat 18:00-dək müraciət edə bilərlər.
Müraciətçilər +994 50 330 10 18 nömrəsinin vatsapına yazaraq əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, master-klassda iştirak ödənişsizdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts