“Mançestr Siti” bu klubu almaq istəyir

Tokio, 16 aprel , /AJMEDIA/

İngiltərə təmsilçisi “Mançester Siti”nin sahibi olan “City Football Group” korporasiyası daha bir klubu almaq istəyir.

AJMEDIA xəbər verir ki, şirkət İtaliya “Palermo”su üçün ilkin danışıqlara başlayıb.

Siciliya təmsilçisinin tezliklə “City Football Group”a qoşulacağı gözlənilir.

Qeyd edək ki, “Palermo” 2019-cu ildə müflis elan ediib. Daha sonra yenidən dirçələn klub C Seriyasına yüksəlib. “City Football Group” dünyada “Mançester Siti”dən başqa daha 9 klubun sahibidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts