“Mançester Yunayted” klubu antirekorda imza atıb

Tokio, 14 aprel , /AJMEDIA/

“Mançester Yunayted” klubu antirekorda imza atıb.
AJMEDIA xəbər verir ki, İngiltərə klubu UEFA Avropa Liqasının dörddəbir final mərhələsində “Sevilya” ilə keçirilən ilk oyunda iki avtoqolla bunu reallaşdırıb.
Mançester təmsilçisi cəmi 8 dəqiqə 4 saniyə ərzində iki avtoqola üzülüb ki, bu da Avropa Liqası tarixində görünməmiş hadisədir.
Avrokuboklarda isə belə hal bunadək sonuncu dəfə 2010-cu ildə yaşanıb. ÇFR-in futbolçuları Çempionlar Liqasında “Bavariya” ilə görüşdə 5 dəqiqə 36 saniyə ərzində iki dəfə topu öz qapılarından keçiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts