Malayziyada yaşayan Azərbaycan və Türkiyə icmaları Zəfər Gününü birlikdə qeyd ediblər

Tokio, 6 noyabr , /AJMEDIA/

8 Noyabr – Zəfər Günü münasibətilə Malayziyada yaşayan Azərbaycan və Türkiyə icmaları nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilib.
AJMEDIA xəbər verir ki, tədbir paytaxt Kuala Lumpur şəhərində fəaliyyət göstərən Yunus Əmrə İnstitutunda təşkil edilib. Qonaqlar əvvəlcə Azərbaycan Ordusunun döyüş şücaətini və Azərbaycan xalqının Zəfər sevincini əks etdirən fotosərgi ilə tanış olublar.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə icma təmsilçiləri 2021-ci ildə Bakıda keçirilmiş möhtəşəm Zəfər paradı barədə video süjetə baxıblar.
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov və Türkiyənin bu ölkədəki diplomatik missiyasının başçısı Emir Salim Yüksel tədbirdə çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı zəfərin tarixi əhəmiyyətindən danışıb, əlamətdar gün münasibətilə qonaqları təbrik ediblər.
Tədbirin sonunda Malayziyada təhsil alan türkiyəli tələbələrdən Alparslan Onbaşı Azərbaycan və Türkiyə icmaları adından Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktubunu oxuyub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts