Makkalou: Biz Azərbaycan Qran-Prisinə müəyyən yeniliklərlə qatılacağıq

Tokio, 6 aprel , /AJMEDIA/

Azərbaycan Qran-Prisinə qalan üç həftə vaxtı Formula 1 komandaları texniki yeniliklər üzərində işə sərf edəcəklər. Əsasən bunlar maşınların aerodinamik effektliliyinin artırılması cəhdləri ilə bağlıdır. “Aston Martin” komandasında şassilərin modernləşdirilməsinə cavabdeh olan Tom Makkalou İspaniyanın “AS” qəzetinə müsahibəsində bu barədə fikirlərini bildirib.
AJMEDIA xəbər verir ki, Makkalou maşının son hazırlıq işlərində hansı oriyentirin əsa götürüləcəyini bildirib.
“Red Bull Racing” komandasının bolidi olduqca effektli, o cümlədən düz yolda çox sürətlidir. Albert-parkdakı trasda DRS-nin rolu böyükdür, çünki orada nisbətən qısa dövrədəki dörd zonada pilotlar bu sistemi aktivləşdiriblər. Ehtimal ki, “RB19”un sürət üstünlüyü hər şeydən əvvəl aerodinamik effektivliliyi ilə bağlıdır. Dəqiq məlumatım yoxdur, lakin mən “Red Bull”u “Honda” güc qurğularının olduğu digər maşınlarla müqayisə edirəm”, – deyə Makkalou əsas rəqiblər haqqında fikrini bölüşüb.
Bundan başqa “Red Bull” ötən il də əla şassiyə sahib idi. Aerodinamik effektlilik əsas amildir ki, Bakı və Mayami kimi traslarda uğur bundan asılıdır. Bizi Monako və Barselonada yürüşlər gözləyir, lakin orada bu amilin təsiri bir qədər az olacaq.
Növbəti mərhələdən bizi ayıran üç həftə əlverişli vəziyyət yaradır və biz bu vəziyyətdən maksimum istifadə etməliyik.
Biz Bakıya müəyyən yeniliklər gətirəcəyik. Hazırda hamı onların hazırlığı ilə məşğuldur. Bizim vəzifəmiz həm döngələrdə, həm də düz yolda “Red Bull”dan geriləməni azaltmaqdır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts