Məşhur türkoloq alim Mixail Meyer vəfat edib

Tokio, 20 aprel , /AJMEDIA/

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun prezidenti, tanınmış türkoloq Mixail Meyer vəfat edib.
AJMEDIA xəbər verir ki, məşhur türkoloq alim, Osmanlı tarixinin araşdırıcılarından biri Mixail Meyer 86 yaşında Moskvada dünyasını dəyişib.
M.Meyerin qondarma “erməni soyqırımı” məsələsinə yanaşması bəzi alimlər tərəfindən tənqid olunurdu. M.Meyer qeyd edirdi ki, Türkiyənin 1915-ci ilin faciəvi hadisələri ilə bağlı sənədləri təqdim etməsinə baxmayaraq, “Daşnaksütyun” partiyası heç bir tarixi sənəd ortaya qoymayıb. O vurğulayırdı ki, tarix yalnız sənədlərə əsaslanmalıdır, əks halda bu, tarixi möhtəkirlikdir.
M.Meyer uzun illər Asiya və Afrika Ölkələri İnstitutuna rəhbərlik edib, bütün çətinliklərə baxmayaraq, Rusiyada şərqşünaslıq məktəbini qoruyub saxlaya bilib. Onun şəxsi iştirakı ilə Moskva Dövlət Universitetində Yaponiya tarixi və mədəniyyəti kafedrası, Mərkəzi Asiya və Qafqaz kafedrası, həmçinin digər elmi-tədris mərkəzləri yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts