Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi yenidən çap olunub

Tokio, 24 may , /AJMEDIA/

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin” kitabının yenidən işlənmiş təkrar nəşri işıq üzü görüb.
AMEA-dan AJMEDIA-ya bildirilib ki, kitab Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov tərəfindən “Ön söz” və izahlar yazılaraq tərtib edilib.
Böyük oxucu kütləsinin ixtiyarına verilmiş, elm aləmində təzkirəçi-şair kimi tanınan Məhəmməd ağa Müctəhidzadənin müəllifi olduğu, XIX əsr Qarabağ ədəbi mühitini əks etdirən və Qarabağ torpağının yetişdirdiyi şairlərə həsr olunan “Riyazül-aşiqin” təzkirəsi bu torpaqların əzəli və əbədi Azərbaycana mənsub olduğunu sübut edən ən dəyərli yazılı mənbələrdən biridir.
Yeni nəşrin elmi redaktoru Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, redaktoru institutun Multidisiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Raqub Kərimov, rəyçisi institutun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov, mətn yığımı, korrektoru və adlar göstəricisinin müəllifi isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənovadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts