Lionel Messi vida oyununa dəvət olunub

Tokio, 27 may , /AJMEDIA/

“Barselona” klubunun sabiq futbolçusu Xuan Rikelme vida oyunu keçirəcək.
AJMEDIA xəbər verir ki, iyunun 25-də oynanılacaq matçın ertəsi günü Rikelmenin 45 yaşı tamam olacaq.
Komandalardan birinə məşqçi Karlos Byanki rəhbərlik edəcək.
Oyunda PSJ-nin hücumçusu Lionel Messi, “Yuventus”un oyunçuları Anxel Di Mariya və Leandro Paredes də iştirak edəcəklər.
Matça, həmçinin Rikelmenin sabiq komanda yoldaşları da qatılacaqlar.
Qeyd edək ki, sabiq yarımmüdafiəçi 2015-ci ildə peşəkar karyerasını başa vurub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts