“Lex”in “Qarabağ”la oyun üçün səfər proqramı açıqlanıb

Tokio, 11 iyul , /AJMEDIA/

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” klubu ilə Bakıda qarşılaşacaq Polşanın “Lex” komandasının səfər proqramı məlum olub.
AJMEDIA xəbər verir ki, Polşa klubu iyulun 11-də səhər saatlarında Poznan şəhərindən paytaxtımıza birbaşa çarter reysi ilə gələcək. “Lex” Bakıya çatmaq üçün 4,5 saat yol qət edəcək. Komanda oyundan dərhal sonra Bakıdan ayrılacaq.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lex” matçı saat 20:00-da başlayacaq. Bu komandalar arasındakı ilk oyun “Lex”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts