Laçın-Xankəndi yolunda erməni vəhşiliklərini əks etdirən fotoların yer aldığı plakatlar quraşdırılıb

Tokio, 9 yanvar , /AJMEDIA/

Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 29-cu gündə də dinc şəkildə davam edir.
AJMEDIA xəbər verir ki, ekofəallar yüksək iradə nümayiş etdirərək tələblərinin yerinə yetirilməsi üçün ənənəvi şüarlarını davam etdirirlər.
Hazırda aksiya yerində üzərində işğaldan azad olunmuş ərazilərimizdə ermənilərin törətdiyi vəhşilikləri əks etdirən fotoların yer aldığı plakatlar dəmir dirəklərlə yerə bərkidilib. Plakatların üzərində ingilis dilində “Massively cut tress. Gubadly”, “Raw lime mines of Zangilan”, “Massively cut tress.Lachin”, “Burnt area with cut tress. Kalbajar”, “ District of Kalbajar, village ofHeyvaly”, “Gold and sulfide mines of Soyudlu (Zod). Kalbajar”, “Quartz-gold mine Vejnali. Zangilan”, “Lime mines of Dovlatyarli. Fuzuli” kimi fikirlər yer alıb.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts