Kimyaçı alimlərin məruzələri beynəlxalq konfransın materiallarında yer alıb

Tokio, 10 yanvar, /AJMEDIA/

“Springer” nəşriyyatı Türkiyədə Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunan “Soft Computing, Sözlər və Qavramalarla Hesablamalar və Süni İntellektin Nəzəriyyəsi və Tətbiqi üzrə” 11-ci beynəlxalq konfransın materiallarını çap edib.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan bildirilib. Qeyd olunub ki, nəşrə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyevin, müəssisənin icraçı direktoru AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının, əməkdaşlardan Asif Məmmədov, Elnur Oruclu və Aynur Seyidzadənin məruzələri daxil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts