Kikboksçumuz III Avropa Oyunlarında azı bürünc medalı təmin edib

Tokio, 30 iyun , /AJMEDIA/

Polşada keçirilən III Avropa Oyunlarında kikboksinq yarışları start götürüb.
AJMEDIA xəbər verir ki, bu gün dörddəbir final görüşləri keçirilir.
Azərbaycan təmsilçisi Fərid Ağamoğlanov (63,5 kq) bu mərhələdə Filip Barak (Slovakiya) ilə görüşüb. 3:0 hesabı ilə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb. O, bununla da ən azı bürünc medalı təmin edib. Təmsilçimiz finala vəsiqə uğrunda döyüşə iyulun 1-də çıxacaq.
Qeyd edək ki, digər kikboksçumuz Elşad Şahbazov (86 kq) bu raundda Artyom Melniklə (Ukrayna) qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts