Kiber idmançılarımız dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaqlar

Tokio, 2 iyun , /AJMEDIA/

Elektron idman növləri üzrə 17-ci Azərbaycan çempionatının qalibləri Rumıniyada keçiriləcək dünya çempionatının Avropa üzrə seçmə mərhələsində iştirak edəcək.
AJMEDIA xəbər verir ki, iyunun 3-də start götürəcək seçmə mərhələdə “Global Offensive” (CS:GO) yarışında təmsilçilərimiz Bolqarıstan, Monteneqro və Serbiya komandaları ilə qarşılaşacaq. İdmançılarımız “DOTA 2” növündə isə Bolqarıstan və Makedoniya təmsilçilərinə rəqib olublar. “Mobile Legends” yarışının seçmə mərhələsində isə oyunçular İsrail, Türkiyə və Ukrayna komandaları ilə mübarizə aparacaqlar.
“Pubg Mobile” üzrə yarış “Battle Royal” formatında təşkil olunacaq.
Qeyd edək ki, Rumıniyada dünya çempionatı avqustun 24-dən sentyabrın 4-dək keçiriləcək.
Azərbaycanın “Efootball” və “Tekken7” komandalarında təmsilçilərimiz Təbriz Mahmudov və Orxan Tağıyev mötəbər yarışda iştirakını artıq təmin ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts