İtaliya şirkəti ilə əməkdaşlıq əlaqələri müzakirə edilib

Tokio, 25 may , /AJMEDIA/

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) İtaliyanın “Iveco Truck & Bus” şirkətinin Asiya bölgəsi üzrə rəhbəri Koray Kurşunoğlu, şirkətin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Roman Smirnov və digər əməkdaşları ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Tex-Import” MMC-nin direktoru Samir İbadullayevin görüşü keçirilib.
İZİA-nın mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, görüşdə Sumqayıt Kimya Sənaye Parkında “IVECO” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.
Qeyd edək ki, bu ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilən “Az-Tex-Import” MMC Parkın ərazisində “IVECO” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts