İtaliya ilə Yaponiya müdafiə sahəsində əməkdaşlıq üçün danışıqlara başlayacaq

Tokio, 11 yanvar , /AJMEDIA/

İtaliya və Yaponiya müdafiə sahəsində əməkdaşlıq üçün ikitərəfli təhlükəsizlik danışıqlarına başlamaq barədə razılığa gəlib.
AJMEDIA xəbər verir ki, bu barədə razılıq İtaliyanın Baş naziri Ciorcia Meloni və yaponiyalı həmkarı Fumio Kişidanın görüşündə əldə olunub.
G7 ölkələrinə səfər turu çərçivəsində İtaliyaya gələn F.Kişida müdafiə sahəsində əməkdaşlıqla bağlı əldə edilən irəliləyişdən sonra Tokio və Romanın təhlükəsizlik danışıqlarına başlamaq qərarına gəldiyini bildirib. Qeyd edib ki, əldə olunan razılıq sənaye və təhlükəsizlik sahəsində əməkdaşlığı asanlaşdıracaq.
Ciorcia Meloni isə İtaliyanın Yaponiya ilə müdafiə sahəsində davamlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts