İspaniya La Liqası: “Real Madrid” doğma meydanda qalib gəlib

Tokio, 1 aprel , /AJMEDIA/

Futbol üzrə İspaniya La Liqasında 30-cu turun növbəti oyunları keçirilib.

AJMEDIA xəbər verir ki, “Real Madrid” doğma meydanda “Atletik Bilbao” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 8-ci və 73-cü dəqiqələrdə Rodriqo vurub.

Günün digər oyunlarında “Real Sosyedad” “Alaves”ə 1:0, “Jirona” “Real Betis”ə 3:2 hesabı ilə qalib gəlib. “Selta Viqo” – “Rayo Valyekano” görüşündə isə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra “Real Madrid” 75 xalla turnir cədvəlinə başçılıq edir. “Barselona” 67 xalla ikinci, “Jirona” isə 65 xalla üçüncü pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts