İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatası Bakıda aqrar forum təşkil edəcək

Tokio, 22 mart , /AJMEDIA/

Bu il Bakıda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının təşkilatçılığı ilə “Kənd Təsərrüfatının Davamlı İnkişafı Forumu” keçiriləcək.

AJMEDIA xəbər verir ki, bu barədə eksklüziv olaraq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

“Azərbaycan bu palatanın dünyanın 57 ölkəsindən nümayəndəni bir araya gətirən Direktorlar Şurasına daxildir. Hazırda hər il Bakıda keçiriləcək bu beynəlxalq forumun keçirilmə vaxtı dəqiqləşdirilir”, – deyə M.Musayev qeyd edib.

O artıq Qazaxıstan və Mərkəzi Asiya ölkələrindən nümayəndələri qarşıdakı tədbirdə iştiraka dəvət etdiyini bildirib.

“Biz istəyirik ki, Qazaxıstan və Mərkəzi Asiya Azərbaycan vasitəsilə öz kənd təsərrüfatı yüklərini İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasına daxil olan Yaxın Şərq ölkələrinə daşısınlar”, – deyə M.Musayev bildirib.

Xatırladaq ki, palatanın 35-ci iclası 2023-cü ilin iyul ayında Bakıda keçirilib. Tədbirdə 20 ölkədən, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Küveyt və Misirdən 100-ə yaxın nümayəndə iştirak edib.

“İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatası bir sıra böyük beynəlxalq forumların təşkilatçısıdır, Azəraycanda hər il “Kənd təsərrüfatının dayanıqlı inkişaf forumu”nun keçirilməsi barədə qərar isə ölkənin aqrar sektorunun intensiv inkişafına imkan yaradacaq”, – deyə M.Musayev bildirib.

İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasının üzvləri 57 ölkə olmaqla, ümumi sahələri 31,8 milyon kvadrat metri keçir, əhalinin ümumi sayı isə 2 milyarda yaxındır. Bu ölkələrin payına dünyanın quru sahəsinin 6,23 faizi, dünya əhalisinin isə 23,8 faizi düşür.

İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumdaxili məhsulunun illik həcmi təxminən 10 trilyon ABŞ dolları təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts