İngiltərə Premyer Liqası: “Çelsi” gərgin keçən oyunda “Mançester Yunayted”i məğlub edib

Tokio, 4 aprel , /AJMEDIA/

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaşması baş tutub.

AJMEDIA xəbər verir ki, “Çelsi” doğma meydanda “Mançester Yunayted”i qəbul edib.

Son dəqiqələrə kimi 3:2 hesabı ilə öndə olan “qırmızı şeytanlar” bir dəqiqə ərzində buraxdıqları iki topla məğlub olublar. Belə ki, Koul Palmer 90+10-cu və 90+11-ci dəqiqələrdə fərqlənərək komandasına üç xalı qazandırıb.

Günün digər oyununda “Liverpul” doğma meydanda “Şeffild Yunayted”ə 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 70 xalla “Liverpul” başçılıq edir. “Arsenal” 68 xalla ikinci, “Mançester Siti” isə 67 xalla üçüncü pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts