Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu – konfrans

Tokio, 4 fevral , /AJMEDIA/

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində mayın 15-də “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, konfrans “İqlim və su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi”, “Landşaftlardan istifadənin müasir vəziyyəti”, “Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri”, “Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri”, “Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları”, “Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri”, “Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi”, “Elm və təhsilin inteqrasiyası istiqamətində mövcud problemlər”, “Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri” bölmələrini əhatə edəcək.
Konfransa məqalələri mayın 5-dək təqdim etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts