Harri Keyn Almaniyanın “Bavariya” komandasına keçib

Tokio, 12 avqust , /AJMEDIA/

İngiltərə millisinin futbolçusu Harri Keyn Almaniyanın “Bavariya” komandasına keçib.
AJMEDIA xəbər verir ki, bunu “Bavariya” klubu rəsmi hesabında paylaşıb.
Otuz yaşlı hücumçunun transferi üçün Almaniya komandası “Tottenhem”ə 120 milyon avro ödəyib.
“Bavariya” ingilis futbolçu ilə dörd illik müqavilə imzalayıb.
Qeyd edək ki, London klubunun yetirməsi olan Harri Keyn müxtəlif vaxtlarda ölkəsinin “Leyton Orient”, “Milluoll”, “Norviç” və “Lester” komandalarında da çıxış edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts